17.11.2016/ 08:02;Azərbaycan prezidenti fındıqçılığa və ipəkçiliyə dövlət yardımını gücləndirmək haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti fındıqçılığa və ipəkçiliyə dövlət yardımını gücləndirmək haqqında sərəncam imzalayıb
serencam

Azərbaycanda ipəkçilik və fındıqçılığın inkişafına dövlət dəstəyi gücləndirilir. Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb,- dövlət başçısının saytına istinadən Trend xəbər verir.

Sərəncamda deyilir ki, kənd təsərrüfatının ənənəvi sahələri olan ipəkçilik və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə potensial imkanlardan səmərəli istifadə edilməsi, ölkədə əhalinin bu sahələrin artırılması və məhsul istehsalına bə tədarükünə marağı nəzərə alınmaqla təmənnasız barama qurdu tut ağacı və fındıq tingləri verilməsi nəzərdə tutulur. O cümlədən 1,463 milyon manat dəyərində ödəniş vəsaiti hesabına kənd təsərrüfatı nazirliyinə ayrılmış vəsaitdən 163 min manat barama toxumunun alınması, 600 min manatı tut ağacı tinglərinin,700 min manatı isə fındıq kollarının alınması üçün nəzərdə tutulur.

Kənd təsərrüfatı nazirliyinə tapşırılıb ki, regionların tələbatı nəzərə alınmaqla tədarük olunan məhsulun şəhər və regionlara təmənnasız verilməsini təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versinlər.