16.11.2016/ 11:34; ABŞ konqresi 10 il müddətinə antiiran sanksiyalarının uzadılmasına səs verib

ABŞ konqresi 10 il müddətinə antiiran sanksiyalarının uzadılmasına səs verib
sanksiya

ABŞ nümayəndələr palatası çərşənbə axşamı İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib. Bu barədə RİA Novosti xəbər verir.

Müzakirələr zamanı nümayəndələr palatasının 419 üzvü sanksiyaların uzadılmasına, əleyhinə isə yalnız bir nəfər səs verib. İndi bu qanun layihəsi təsdiqlənmək üçün ABŞ konqresinin ali palatası — senata verilməlidir.

İndiki versiyasının müddəti Dekabrın 31-də başa çatır.