28.10.2016/ 09:23; Çin Pentaqonun məxfi planlarını oğurlayıb

Çin Pentaqonun məxfi planlarını oğurlayıb

oqurluq

Washington Free Beacon nəşrinin jurnalistləri konqresin komissiyasının məruzəsinə istinadla xəbər verir ki, Çinin kəşfiyyatı bir neçə dəfə ABŞ milli təhlükəsizlik strukturlarına daxil ola bilib və nəticədə Pentaqonun məxfi planları oğurlanıb, -RİA Novosti bu barədə xəbər verir.

Bildirilir ki, oğurlanmış sənədlər ÇİN ilə mümkün münaqişəyə aid olub.

Həmçinin bildirilir ki, ÇXR-in agentlərinin məqsədi FTB və ABŞ-ın Sakit Okean komandanlığı olub.

Pentaqonun nümayəndələri bəyan edirlər ki, ən ciddi cəsus insidentlərdən biri istefaya çıxmış podpolkovnik və müqavilə əməkdaşı Uspak Benjamin və Pirs Bişol ilə bağlıdır.

Hesabata görə, avqustda onlardan biri casusluqda suçlanmış və etiraf etmişdir ki, o Çin tərəfinə təqib sahəsində texnologiyalar bürosu haqqında məlumatlar çatdırıb.