18.10.2016/ 10:01; Litvada məhkəmə 1991-ci il hadisələri ilə bağlı Mixail Qorbaçovu dindirmək istəyir

Litvada məhkəmə 1991-ci il hadisələri ilə bağlı Mixail Qorbaçovu dindirmək istəyir
mehkeme

Vilnüs dairə məhkəməsi keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun Vilnüsdə 1991-ci il hadisələri ilə bağlı şahid qismində dindirilməsi haqqında qərar qəbul edib. Moskvada artıq bəyan ediblər ki, bu iş üzrə ədalətli məhkəməyə ümid edirlər.

1991-ci il Vilnüsün telemərkəzi qarşısındakı yanvar hadisələri haqqında İşi üzrə dinləmələr bu ilin əvvəlində başlayıb. O 65 maddə ilə təqsirləndirilir. Qorbaçova xüsusi şahid statusu verilməsini istəyirlər, — Ria Novosti bu barədə xəbər verir.

1990-ci il martın 11-də Litvanın Ali Soveti respublikanın müstəqilliyinin bərpasını elan edib, amma SSRİ hakimiyyəti bu qərarı Konstitusiyaya zidd qərar elan edib. 1991-ci ilin yanvarında Litvada icazəsiz etiraz aksiyaları başlayıb və bundan sonra respublikaya bir sıra strateji obyektləri tutan xüsusi döyüşçü dəstələri göndərilib.