09.09.2016/ 14:17; Pentaqonun kəşfiyyat rəhbəri: Qara dəniz üzərində ABŞ təyyarəsi ilə baş verən hadisə «normaldır»

Pentaqonun kəşfiyyat rəhbəri: Qara dəniz üzərində ABŞ təyyarəsi ilə baş verən hadisə «normaldır»

serhed
ABŞ müdafiə nazirliyinin kəşfiyyat idarəsinin (РУМО )rəhbəri Vinsent Stüart bildirib ki, Qara dəniz üzərində Rusiya və ABŞ-ın təyyarələrinin iştirakı ilə baş verən insident maraqlı tərəflər arasında münaqişənin normal təzahürüdür.

«Çox güman ki, bu istisna deyil ki, ABŞ və Rusiya onların maraqlarının kəsişdiyi dünyanın müxtəlif nöqtələrində zaman-zaman üzləşir, «, — KİV-lər Stüartın sözlərini sitat gətirirlər.

Vaşinqtonda milli təhlükəsizlik üzrə sammitdə hərbçi fikirlərini belə bildirib.

Sentyabrın 7-də ABŞ-ın HDQ-nin «Poseydon» Р-8 kəşfiyyatçı-təyyarələri Qara dəniz hövzəsində transponderləri işə salmadan iki dəfə Rusiya sərhədinə yaxınlaşmağa cəhd edib. RF Müdafiə Nazirliyinin bəyanatına əsasən, Rusiyanın qırıcı təyyarələrinin onlara yaxınlaşmasımdan sonra ABŞ təyyarələri sərhədlərindən əks tərəfə istiqamət alıb. Nazirlikdən bildiriblər ki, rusiyalı pilotlar hava uçuşları zamanı beynəlxalq qaydalara uyğun şəkildə fəaliyyət göstəriblər.