11.08.2016/ 07:35; Qiyamçıların uğur qazanacağı halda Ərdoğanın yerini kimin tutmalı olduğu KİV-lərə məlum oldu

Qiyamçıların uğur qazanacağı halda Ərdoğanın yerini kimin tutmalı olduğu KİV-lərə məlum oldu
qiyam
Türkiyədə iyulun ortalarında dövlət çevrilişinə cəhd edən qiyamçıların fikrincə, ölkənin Hərbi Hava Qüvvələrinin komandanı Akin Öztürk Türkiyə prezidenti olmalı idi. Qiyamın uğur qazanacağı halda qiyamçılar Hərbi Hava Qüvvələri komandanı general Akin Öztürkü ölkə prezidenti təyin etməyi planlaşdırıbmış. Bu barədə Hürriyet qəzeti Türkiyə prokurorluğundakı mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, Türkiyə Silahlı Qüvvələri Baş Ştabının rəhbəri Hulusi Акаrın fəal müdaxiləsi nəticəsində qiyamçılar öz planlarını həyata keçirə bilməmişlər.

Qəzet həmçinin bildirib ki, dövlət çevrilişinin baş tutacağı halda Hulusi Акаr Türkiyə baş qərargaha başçılığı davam etdirə bilərdi, onun müavini vəzifəsinə isə general Mehmet Dişlinin gətirilməsi planlaşdırılıbmış.

Bir qədər əvvəl Türkiyə KİV-ləri bildirmişlər ki, Türkiyə xüsusi xidmət orqanları çevrilişə cəhd edilməsinə bir gün qalmış qiyamın hazırlanması ilə bağlı məlumatlar almış və bu barədə orduya xəbərdarlıq etmişdir. Kəşfiyyat 16.00-da çevrilişə cəhd ediləcəyi barədə məlumat alıb. Artıq 16.30 Milli Kəşfiyyat Təşkilatının rəis müavini Hakan Fidan bu məlumatı Türkiyə Silahlı Qüvvələrinin komandirinin müavini Yaşar Gülərə çatdırıb.

18.30-da Türkiyənin Baş Qərargah rəhbəri Hulusi Акаr bütün uçuşlar üçün hava məkanının bağlanması əmrini verib və hərbi əməliyyat uçuşlarının həyata keçirilməsinə, qoşun və zirehli texnikanın yerdəyişməsinə.qadağa qoyub