27.07.2016/ 06:50; ABŞ-ın Demokratlar partiyası Xillari Klintonun prezidentliyə namizədliyini təsdiq etdi

ABŞ-ın Demokratlar partiyası Xillari Klintonun prezidentliyə namizədliyini təsdiq etdi

namized

ABŞ-ın Demokratlar partiyası Xillari Klintonun prezidentliyə namizədliyini təsdiq edib. Demokratlar özünün ümumi qurultayında səsvermə yolu ilə müvafiq qərar qəbul etmişlər.

ABŞ-ın 240 illik tarixi ərzində sistemlləşdirilmiş iki siyasi partiyadan birindən ilk dəfə olaraq ali dövlət postuna ilk dəfə olaraq qadın namizəd irəli sürülüb. Seçkilərdə demokratları təmsil etmək üçün Klinton özünün rəsmi razılığını iyulun 28-də, cümə axşamı Filadelfiyada keçiriləcək partiyanın yığıncağında verəcək.