21.07.2016/ 06:22; Rusiya hərbçiləri Ərdoğanı xilas etdilər

Rusiya hərbçiləri Ərdoğanı xilas etdilər

Turkey's Prime Minister Tayyip Erdogan addresses members of parliament from his ruling AK Party (AKP) during a meeting at the Turkish parliament in Ankara May 7, 2013. REUTERS/Umit Bektas (TURKEY - Tags: POLITICS) - RTXZDDJ
Rusiya hərbi çevriliş başlanmasına bir neçə saat qalmış Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana çevrilişlə bağlı xəbərdarlıq edib ,- İranın Fars agentliyinə istinadən Qazeta.Ru bu barədə məlumat yayıb .

Agentliyin məlumatına görə, bu barədə Ankaradakı bir neçə ərəb diplomatik mənbələrnə məlumat verilib.

Mənbələr bildiriblər ki, Türkiyə milli kəşfiyyatı Rusiya Müdafiə Nazirliyi tərəfindən hərbi çevrilişin hazırlanması barədə məlumat almışdır.

Diplomatların sözlərinə görə, regionda olan Rusiya ordusu Ankarada türk ordusunun ölkə hakimiyyəti əleyhinə çevrilişə başlamağa hazır olması barədə hərbiçilərin danışıqlarını tutmuş və radio məlumın şifrəsini açmışlar.