07.07.2016/07:38; Nə qədər azərbaycanlı Vətən uğrunda döyüşməyə hazırdırlar

Nə qədər azərbaycanlı Vətən uğrunda döyüşməyə hazırdır
sorqu
Azərbaycan vətəndaşları öz ölkəsi uğrunda vuruşmağa hazır olan dövlətlər arasında 6-ci yerdə dayanır . APA portalının yazdığına görə bu barədə ABŞ-ın «Gallup» beynəlxalq analitik mərkəzinin apardığı sorğunun yekunlarında belə bildirilir.

Sorğuda iştirak etmiş Azərbaycan əhalisinin 85% -i bildirmişlər ki, ölkəsi uğrunda vuruşmağa hazırdır.

Siyahıya 94% -lə Mərakeş başçılıq edir. İlk beşliyiə Fici — 94% , Pakistan və Vyetnam — 89%, Banqladeş — 86% daxildir. Türkiyə 73% -lə12-ci yerdə yerləşib. 72%, səs toplayan ABŞ 15-ci yerdə, Rusiya 59%-lə 27-ci yerdə qərarlaşıb. 63 ölkədə keçirilən sorğuya əsasən sonuncu yeri 11%-lə Yaponiya olub.

Əsasən siyahının üst pilləsini müsəlman ölkələri, aşağı hissəsini isə avropa ölkələri tutmuşlar.