18.06.2016/07:19; Putin ABŞ-ın yeganə super dövlət olduğunu etiraf edib və NATO-nu tənqid atəşinə tutub

Putin ABŞ-ın yeganə super dövlət olduğunu etiraf edib və NATO-nu tənqid atəşinə tutub

etiraf

Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, o ABŞ-ı dünyada yeganə super dövlət hesab edir. O, bu bəyanatı cümə günü, iyunun 17-də Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda  çıxış edərkən etmişdir, «Lenta.ru» bu barədə xəbər verir. «Amerika — böyük dövlətdir. Bu gün yəqin ki, o yeganə super dövlətdir. Biz bunu qəbul edirik», -Rusiya prezidenti belə bildirib.

Bununla yanaşı, o qeyd edib ki, Moskva Birləşmiş Ştatlarla istəmək istəyir və buna hazırdır, lakin o Rusiyanın daxili işlərinə müdaxiləsindən imtina etmək haqqında Vaşinqtona xəbərdarlıq edib. «»Dünyaya ABŞ kimi güclü bir ölkə lazımdır, o bizə də lazımdır,- Putin belə deyib. Amma bizə gərək deyil ki, onlar daim bizim işlərimizə müdaxilə etsinlər, bizə necə yaşamaq barədə göstəriş versinlər, Avropanını bizimlə münasibətlər qurmağına mane olsunlar «.

Rusiya prezidenti Vladimir Putin həmçinin bəyan edib ki, NATO öz sıralarına yeni ölkələri qəbul edərkən Rusiyanın mövqeyini nəzərə almır,- bu barədə «İnterfaks» agentliy məlumat yayıb..

«Artıq Sovetlər İttifaqı yoxdur, Varşava müqaviləsi öz fəaliyyətini dayandırıb. Belə olan halda NATO-nun öz infrastrukturunu daim genişləndirməsi, Rusiya sərhədlərinə doğru hərəkət etməsi nəyə görə lazımdır. Çernoqoriyanı alyansa qəbul edirlər. Çernoqoriyanı kim hədələyir? Yəni, bizim mövqeyimizə tam etinasız münasibət göstərilir», — Putin belə deyib.

Rusiya prezidenti əmin olduğunu bildirmişdir ki, «dünyada, o cümlədən Ukraynada vəziyyətin pis olması və inqilablara fırladılması», çox güman ki, alyansın mövcudluğunu əsaslandırmaq üçün lazımdır.