24.05.2016/07:16;Yoahim Qаuк: Almaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq

Yoahim Qаuк: Almaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq
Qauk
Almaniya prezidenti Yoahim Qаuк 28 May — Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib. APA-nın məlumatına görə, Yoahim Qаuкun məktubunda deyilir:

«Milli bayramınız — Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Qafqazda sabitlik ölkəniz üçün, eləcə də bütün Avropa üçün çox vacibdir. Mən əminəm ki, sülhün qorunması, regional qarşıdurmaların aradan qaldırılması Azərbaycanın və eləcə də bütövlükdə regionun inkişafını sürətləndirə bilər. Əmin ola bilərsiniz ki, Avropada təhlükəsizlik və əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri qismində Almaniya dövləti bugünkü münaqişələrin həllinə öz töhfəsini verməyə hazırdır. Həmçinin Sizi əmin etmək istəyirəm ki, Almaniya demokratiyanın inkişaf etdirilməsi və hüquqi dövlət quruculuğu sahəsində Azərbaycanın etibarlı tərəfdaşı olacaq. Mən Sizə uğurlar, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram».