14.05.2016/06:50; Roqozin Bakıya danışıqlara gəlir

Roqozin Bakıya danışıqlara gəlir

sefer

Rusiya baş nazirinin müavini Dmitri Roqozin mayın 17-də Azərbaycana səfər edəcək, bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə məlumatlı mənbə bildirib.

«Rusiya baş nazirinin müavini Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində, xüsusilə Rusiya prezidenti Vladimir Putinin may ayında Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələ müzakirə olunacaq», mənbə belə bildirib.

Tərəflər həmçinin, Qarabağ münaqişəsi zonasında yaranan vəziyyəti müzakirə edəcəklər.