12.05.2016/19:16; Mariya Zaxarova: Lavrov, Kerri və Jan-Mark Eyro Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etməyi planlaşdırır

Mariya Zaxarova: Lavrov, Kerri və Jan-Mark Eyro Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etməyi planlaşdırır

tenzimlenme

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ və Fransanın xarici siyasət idarələrinin başçıları Con Kerri və Jan — Mark Eyro ilə birlikdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərqisyanın may ayının 16-da Vyanada keçiriləcək görüşündə iştirak etmək niyyətindədir. Bu barədə cümə axşamı brifinq zamanı Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

«Gələn həftə Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin görüşü planlaşdırılır, burada ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xarici işlər nazirlərinin də — Rusiya, ABŞ, Fransa», — iştirakı planlaşdırılır — o belə deyib.

Zaxarova bildirmişdir ki, söhbət məhz planlar haqqında gedir. «Biz razılaşmanın nə vaxt olacaığını və dəqiq müddətini bildirəcəyik «, — o belə deyib. RF XİN-nin rəsmi nümayəndəsi əlavə edib ki, Rusiya da ümid edir ki, görüş regionda vəziyyətin yaxşılaşmasına kömək edəcək.

Onun sözlərinə görə, hazırda sözügedən planlar fəal şəkildə işlənir.
«Biz ona əsaslanırıq ki, belə bir görüş münaqişə zonasında vəziyyətin sabitləşməsinə kömək edə bilər və kömək etməlidir və əlbəttə ki, hərtərəfli tənzimlənməyə nail olunmasına yönəlmiş danışıqlar prosesinin bərpası üçün lazımi şərait yaratmalıdır», — deyə Zaxarova bildirib.