11.05.2016/21:53; Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ümumrayon ağacəkmə iməciliyi keçirilmişdir

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 93-cü ildönümü münasibətilə ümumrayon ağacəkmə iməciliyi keçirilmişdir

imecilik

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünün qeyd edilməsi ilə bağlı imzaladığı sərəncama əsasən rayonda 01-10 may Heydər Əliyev günləri kimi qeyd edilmişdir. Tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərində inşa yazı müsabiqələri, bilik və idman yarışları keçirilmiş, mədəni-maarif müəssisələrində, idarə, müəssisə və təşkilatlarda, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dəyirmi masalar, toplantılar təşkil edilmişdir.

May ayının 10-da isə RİHB-nin sərəncamının tələbinə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində ümumrayon iməciliyi keçirilmişdir.
Keçirilən iməciliklərdə ərazilər abadlaşdırılmış, səliqə-səhman yaradılmışdır.
Ağacəkmə iməciliyində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ayrı-ayrı ərazilərdə iştirak edərək bir neçə ağac əkmişdir. Görüşlərdə Başçı qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Daşkəsən rayonunda həyata keçirilən ağacəkmə iməciliyi bu əlamətdar əziz tarixi günə böyük hazırlıq işləri görülərək həyata keçirilir.
Belə ki, ağac əkiləcək yerlər müəyyənləşdirilmiş, tinglərin gətirilməsi, çalaların qazılması və suvarma işlərinin aparılması barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Müxtəlif növ ağacların əkilməsi əsasən magistral avtomobil yollarının kənarlarında, qəsəbələrdə və digər ərazilərdə nəzərdə tutularaq icra olunmuşdur.
Daşkəsən rayonunda 10 may 2016-cı il tarixdə keçirilən ağacəkmə iməciliyində 1150 ədəd, o cümlədən 500 eldar şamı, 400 gövrüc və 250 digər ağac növləri və əlavə olaraq bu gün 2000-dən artıq bəzək və gül kollarının da əkilməsinə hazırlıq işləri görülmüşdür.
Daşkəsən rayonunda ağacəkmə iməciliyində ictimaiyyətin 250 nəfərdən artıq nümayəndələri rayonun müxtəlif ərazilərində və ayrı-ayrılıqda insanlar böyük həvəslə iştirak edirlər.
Çoxsaylı insanların ağacəkmə iməciliyində iştirak etməsi rayonda yaşıllaşmanın, ekoloji şəraitin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.
İməciliyin sonunda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev əkilən bu ağaclara daimi qulluq edilməsi və onların qorunması üzrə aidiyyəti qurumlara lazımi tapşırıqlar verdi.
Rayonda keçirilən iməcilikdə YAP Daşkəsən rayon təşkilatının bütün üzvləri fəallıqla bu təşəbbüsə qoşulmuşdular.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birlyinin üzvü