10.05.2016/07:44; Hüquqşünas İbrahim Quliyevlə gənclərin görüşü təşkil olunmuşdur

Hüquqşünas İbrahim Quliyevlə gənclərin görüşü təşkil olunmuşdur

foto 1

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Hüquq İşçi Qrupu tərəfindən Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyevlə görüş keçirilmişdir.

 

Görüşü açıq elan edən Hüquq İşçi Qrupunun rəhbəri Nigar Hüseynli bildirmişdir ki, işçi qrup tələbə və gənclərin hüquq sahəsində maarifləndirilməsi məqsədi ilə hüquq sahəsinin nümayəndələri ilə müxtəlif görüşlər təşkil edir. O, daha sonra İbrahim Quliyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərindən söz açaraq onu görüş iştirakçılarına təqdim etmişdir.

Daha sonra nümunəvi fəaliyyətinə və qüsursuz xidmətlərinə görə fəxri fərmanlara layiq görülmüş, çoxsaylı medallarla təltif olunmuş, keçmiş icra başçısı, polis palkovniki və hüquq elmi sahəsində müxtəlif işlər görmüş professor İbrahim Quliyev ilə tələbələrin görüşü müzakirələrlə davam etmişdir. Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilmişdir.

Hörmətlə, Nigar İsmayılova ATGTİ-nin mətbuat katibi