07.05.2016/08:05; Azərbaycan müdafiə nazirliyi: Bizim ordumuz istənilən anda işğal olunmuş ərazilərin azad edilməsinə başlaya bilər

Azərbaycan müdafiə nazirliyi: Bizim ordumuz istənilən anda işğal olunmuş ərazilərin azad edilməsinə başlaya bilər

heran

AR Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistan KİV-lərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən mayın 8-9-da hücumunun mümkünlüyü barədə  yaydığı bəyanat haqqında məlumatı şərh edib.

«Ermənilər hər gün, hər saniyə — gözləməlidir ki, Azərbaycanın Silahlı Qüvvələri işğal olunmuş torpaqlarını azad etmək və tam ərazi bütövlüyünün bərpası istiqamətində addımlar atacaq . Məşhur bir kəlamda deyildiyi kimi, ölümü gözləmək ölümün özündən daha dəhşətlidir. Azərbaycan silahlı qüvvələri öz torpaqlarını düşməndən azad etmək üçün tam hazırdır. Əgər ermənilər ölmək istəmirlərsə, hər gün ölümü gözləmək, qorxu və həyəcan içərisində yaşamaq istəmirlərsə, onda azərbaycan torpaqlarını tərk etməli və işğalı dayandırmalıdır», — bəyanatda belə deyilir.