06.05.2016/08:20; Bu gün KXDR-də Kim Çen Ыnın sədrliyi ilə son 36 il ərzində ilk dəfə Şimali Koreya Əmək Partiyasının qurultayı açılacaq

Bu gün KXDR-də Kim Çen Ыnın sədrliyi ilə son 36 il ərzində ilk dəfə Şimali Koreya Əmək Partiyasının qurultayı açılacaq
qurultay
Forumun gündəliyi məlum deyil, ancaq gözlənilir ki, 70 günlük «partiyaya sədaqət» kampaniyasına yekun vurulsun.Şimali Koreya hakimiyyəti demək olar ki, bu ilin əvvəlindən bütün ictimai tədbirləri qarşıdan gələn qurultaya həsr etmişlər. Pxenyanda «parlaq əmək uğurlarını » xalqın dəstəkləməsi təklif olunan qurultayın tarixi əhəmiyyətini hər cür nümayiş etdirmişlər.

Yanvar ayında nüvə sınaqlarından sonra KXDR-ə münasibətdə sanksiyalar və münasibətlərin kəskinləşməsi fonunda, Kim Çen Ыn ordunun daha da möhkəmləndirilməsi barədə bəyanat verib. Onlarla yoxlama səfərləri zamanı səsləndirilən hərbi ritorika və birləşməyə çağırışlar ekspertlərin fikrincə Şimali Koreya lideri yenidən təkrarlayacaq və yəqin ki, rəhbərlikdə qarşıdakı yerdəyişmələrlə bağlı bəyanat verəcək. Bundan başqa, Koreya Əmək Partiyasının VII qurultayı ərəfəsində Şimali Koreya Seul ilə münasibətlərin «fəlakətli» vəziyyətdə olduğunu və buna görə Koreya Respublikasının prezidenti Pak Кын He-nin fərdi məsuliyyət daşıdığını bildirmişlər.

Mart ayında BMT-nin Təhlükəsizlik Şurası Pxenyanın ilk hidrogen bombasının sınağına cavab olaraq KXDR barəsində daha sərt sanksiyalar tətbiq edib. Ölkə hakimiyyəti bu qərarları və Seul tərəfindən ona ünvanlanan tənqidləri qəbul etməyib.