05.05.2016/05:49; İran Dağlıq Qarabağ münaqişəsinin həllində yardım etməyə hazırdır

İran Dağlıq Qarabağ münaqişəsinin həllində yardım etməyə hazırdır
destek
İran regionda sülh və qarşılıqlı əməkdaşlığın qorunub saxlanmasında maraqlıdır və tərəflər müraciət edərsə Dağlıq Qarabağ münaqişəsi probleminin həllində dəstək göstərməyə hazırdır. Azərtac xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Möhsün Pakayin bildirib.

Həmçinin Pakayin öz növbəsində qeyd edib ki, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və ona hörmətlə yanaşırr.

«İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır», iranlı diplomat belə vurğulayıb.

М.Pakayin qeyd edib ki, İran tərəflərin müraciət edəcəyi təqdirdə münaqişə tərəflərinin probleminin həllinə dəstək verməyə hazırdır.

«Tehran regionda qarşılıqlı əməkdaşlıq və sülhün qorunmasında maraqlıdır», səfir belə vurğulayıb.