29.04.2016/06:06; Azərbaycan Müdafiə Nazirliyi: Qoşunlar düşmənə cavab zərbəsi vurmaq əmri alıblar

Azərbaycan Müdafiə Nazirliyi: Qoşunlar düşmənə cavab zərbəsi vurmaq əmri alıblar

emr

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərə bildirib. Onun sözlərinə görə, erməni qoşunları artıq iki gecədir ki, ardıcıl olaraq BM-21 qurğularından Azərbaycanın yaşayış məntəqələrini atəşə tuturlar, -Минвал bu barədə xəbər verir.

«Onlar (erməni Silahlı Qüvvələri — red) D-20 və D-30 sistemləri də daxil olmaqla iri çaplı minaatanlar atəş açırlar.Artıq iki gecədir ki, erməni silahlı birləşmələri ardıcıl olaraq BM-21 qurğularından atəş açırlar. Mərmilərin əksəriyyəti dinc sakinlərin evlərini və digər mülki obyektləri dağıdır . Müdafiə nazirliyinin başçısı Zakir Həsənov bütün hərbi birləşmələrə düşmənə cavab atəşi açmaq barədə əmr verib. Zərbələr yalnız düşmənin yaşayış məntəqələrində və digər ərazilərdə yerləşən hərbi obyektlərinə vurulacaq»-Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi belə bildirib.