İspan əyalətində korridanı qadağan etdilər
İspaniyanın Kayaloniya əyalətində korridanı qadağan etmişlər. Ölkədə öküzlərin döyüşünün qadağan edilməsinə yerli parlamentin 68 deputatı, əleyhinə isə 55 deputat səs vermişdir. Korridanın qadağan olunmasına səs verənlər onun populyarlığının aşağı düşməsi arqumentini əsas gətirmişlər.
Bundan öncə 180 min kataloniyalı parlamentə petisiya göndərərək bildirmişlər ki, öküzlərlə döyüş qəddarlıqdır, müasir deyil və heyvanların hüququnun pozulması deməkdir. Öküzlərlə döyüşün tərəfdarları isə təsdiq edirlər ki, korrida ispanların vacib ənənəvi döyüşüdür və hətta incəsənətin bir formasıdır. Məhs ona görə də onu qoruyub saxlamaq lazımdır.





