20.04.2016/07:56; Pakistan lazım gələrsə Azərbaycana hərbi dəstək göstərməyə hazırdır

Pakistan lazım gələrsə Azərbaycana hərbi dəstək göstərməyə hazırdır

hazir

Əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edə bilməzsə, Pakistan lazım olduğu təqdirdə ona hərbi yardım göstərməyə hazırdır. APA-nın yazdığına görə, bu barədə Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Moskvada Avrasiya ölkələri parlamenti spikerlərinin ilk İclasında bildirib.

Sadiq bildirib ki, Pakistan bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır: «Əgər Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın başqa yolu olmasa, biz dost ölkəyə hər cür dəstək göstərməyə hazırıq.

Pakistan ordusunun şəxsi heyəti digər ölkələrin ərazisində hərbi əməliyyatlarda iştirak etmir. Amma hökumətin razılığı ilə Pakistan Silahlı Qüvvələri bütün dost ölkələrə dəstək verir».