19.04.2016/07:41; Sergey Markov -«İlk qaçqınlar artıq bu il evlərinə qayıda biləcəklər»

Sergey Markov -«İlk qaçqınlar artıq bu il evlərinə qayıda biləcəklər» 
qayidish
«Bu, mənim siyasi proqnozumdur. O, hər zaman doğru olmur, hər zaman özünü doğrultmur»,- bu barədə Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Qarabağ danışıqları ətrafında daha öncə verdiyi bəyanatını şərh edərkən bildirib.

APA-nın müxbiri ilə söhbət zamanı S.Markov bəyan edib ki, tezliklə ATƏT-in Minsk qrupunun həmsədrlərinin razılaşdığı Kazan sənədi tətbiq ediləcək. Bu sənədə görə, öncə Ermənistan Azərbaycana işğal edilmiş beş rayonu qaytaracaq.
Markovun sözlərinə görə, politoloqlar (o, özü də daxil olmaqla – red.) hər zaman ehtimalları söyləyirlər.
“Anladığım qədər, danışıqlar tezliklə başlayacaq və uzun sürməyəcək. İlk qaçqınlar artıq bu il öz tarixi yerlərinə qayıda biləcəklər”, — Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi əmindir.