13.04.2016/08:09; Sarkisyanın Ter-Petrosyan ilə Dağlıq Qarabağla bağlı görüşünün bəzi təfərrüatları məlum olub

Sarkisyanın Ter-Petrosyan  ilə Dağlıq Qarabağla bağlı görüşünün bəzi təfərrüatları məlum olub

melum

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hazırkı dövlət başçısı Serj Sarkisyan ilə öz görüşünün bəzi təfərrüatlarını açıqlayıb. Bu barədə 1news yazır.
Aprelin 9-da Ter-Petrosyanın evində keçirilən görüş zamanı, qoşunların təmas xəttində gərginliyin münaqişəsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

«Bu məsələdə gizli heç nə yoxdur, çünki pərdəarxası deyil, açıq siyasətin tərəfdarıyam və mənim cəmiyyətdən gizlətməyə heç bir şeyim yoxdur», — deyə Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, aprelin 5-də o Sarqgyana əllə yazılmış məktub göndərib. Məktubda belə , deyilir: «Serj, sənə elə gəlmir ki, bizim görüşümüz yaranmış vəziyyətdə , cəmiyyətətdə nikbin əhval-ruhiyyə yaradacaq və həm erməni xalqı, həm də beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq».

Onun fikrincə, Azərbaycan danışıqlarda öz mövqelərini gücləndirməyə çalışır.

«Tezliklə müharibə döyüş meydanından diplomatiya və yamürəkkəb danışıqlar arenasına keçəcək», — deyə Ter-Petrosyan bildirib.

Atəşkəs barədə razılıq aprelin 5-də Rusiyanın müdaxiləsi ilə əldə olunub, Ermənistanın birinci prezidenti belə xatırladır.

O güman edir ki, mövgud şərait qarşıdakı danışıqlarda Moskvanın mövqeyini möhkəmləndirəcək. «Rusiya münaqişə zonasında kiçik atışmaları nəzərə almasaq, yeni eskalasiyaya yol verməmək iqtidarındadır», — o qeyd edib.

Onun sözlərinə görə, danışıqlar masasında müzakirə olunan sənəd çoxdan məlumdur və o Madrid prinsipləri əsasında Qarabağ münaqişəsinin həllində hazırlıq proqramı adlanır.

Ter-Petrosyan qeyd edib ki, bu sənədin böyük hissəsi tərəflərlə razılaşdırılıb və orada ərazilərin qaytarılması, həm də sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı maddələr var.

«Madrid prinsipləri və onların əsasında hazırlanmış müvafiq proqram ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (Rusiya, ABŞ və Fransa) prezidentlərinin birgə bəyanatlarında dəfələrlə təsdiqlənib və prinsip etibarilə Azərbaycan və Ermənistan prezidentləri onu dəstəkləyiblər», — Ter-Petrosyan söhbəti belə yekunlaşdırır.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan (19911998 il), 1998-ci il fevralın 3-də ölkə prezidenti postundan istefa verib. İstefaya səbəb kimi Ermənistan hökumətində parçalanma olub. Baş nazir Robert Köçəryan, müdafiə naziri Vazgen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Ter-Petrosyan təklif etdiyi planı dəstəkləməyib və onu istefa verməyə vadar edib.