08.04.2016/05:38; Yerevan Moskvadan silah istədi

Yerevan Moskvadan silah istədi

xahish

Yerevan Moskvadan silah istəyib. Ermənistanın baş naziri Ovik Abramyan rusiyalı həmkarı Dmitri Medvedyevdən Ermənistana hərbi məhsulların tədarükü ilə bağlı müqavilənin bağlanmasını sürətləndirməsi üçün Rosoboroneksporta göstəriş verməsini xahiş edib.

«Biz Ermənistanın ehtiyacları üçün hərbi təyinatlı məhsulların tədarükünün maliyyələşdirilməsində dövlət ixrac kreditləri verdiyinə görə Rusiya tərəfinə minnətdarıq. Lakin sazişin müddəalarının yerinə yetirilməsi prosesində bəzi zəifləmələr var, Rosoboroneksportla müqavilənin bağlanması ilə bağlı göstəriş verməyinizi də xahiş edirəm», RF baş naziri ilə geniş danışıqlarda Abramyan belə bildirib, — RİA Novosti bu barədə xəbər verir.