06.04.2016/21:28; Berlin Sarkisyanı azərbaycanlı fəalların etiraz aksiyaları ilə qarşıladı

Berlin Sarkisyanı azərbaycanlı fəalların etiraz aksiyaları ilə qarşıladı

aksiya

Ermənistan prezidenti Serj Sarkisyanın Almaniyanın paytaxtı Berlinə səfəri zamanı Federal kansler iqamətgahı qarşısında azərbaycanlı fəallar etiraz aksiyası keçiriblər. Bu barədə Trend xəbər verir.

Etiraz aksiyası, Azərbaycanlı Tələbələr Şəbəkəsinin (ASN) Berlin ofisinin dəstəyi ilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAC), Azərbaycan Evinin və Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzinin fəalları tərəfindən təşkil olunub, çərşənbə günü Trend -ə TEAC-dan məlumat verilib.

Tədbirdə həmçinin Türkiyə və Gürcüstan diasporlarının nümayəndələri iştirak etmişlər.
Nümayiş iştirakçıları beynəlxalq ictimaiyyəti Ermənistani BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə və qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa məcbur etməyə çağırıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına qədər, ona qarşı sanksiyaların tətbiq edilməsi məsələsi qaldırılıb. Aksiya iştirakçıları belə bir sorğu vermişlər ki, niyə federal kansler Angela Merkel erməni təcavüzünün əsas təşəbbüskarlardan biri olan və Xocalı soyqırımına görə məsuliyyət daşıyan belə bir adamla görüşür,