05.04.2016/01:15; Dmitri Savelyev: Ümid edirik ki, Qarabağ Azərbaycana qaytarılacaq

Dmitri Savelyev: Ümid edirik ki, Qarabağ Azərbaycana qaytarılacaq

umid

Ümid etmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası dayanacaq, eləcə də Dağlıq Qarabağ və yeddi rayon Azərbaycana qaytarılacaq. Bu barədə Azərbaycanın Moskvadakı səfirliyində Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlament qrupu rəhbərinin müavini Dmitri Savelyev deyib.

» Cənab səfir bildirib ki, öz torpaqlarını qayıtmaq uğrunda döyüşən bu cavan oğlanlar-döyüşçülər, torpağını qoruyarkən ölüblər. Hazırda döyüşlər gedir, insanlar ölür, biz yalnız ağıla və Allaha ümid edirik. Çox ümid edirik ki, Ermənistan siyasətçilərinin nəhayət ki, ağlı başına qayıdacaq, və müharibə dayandırılacaq, Qarabağ və yeddi rayon Azərbaycana qaytarılacaq», — o belə vurğulayıb.

Siyasətçi əmindir ki, Moskva cari şəraitdə,buna kömək edə bilər.

«Mən tam əminəm ki, hazırda vəziyyət tam dəyişib və indi proseslər bütövlükdə aprelin 2-nə qədər baş verən hadisələrdən daha da sürətlə gedəcəkdir», — Rusiya-Azərbaycan parlament qrupunun rəhbərinin müavini, «Vestnik Kavkaza» nın müxbirinin sualına belə cavab verib.

«Azərbaycan ordusu həm təchizat, həm də mübarizliyi ilə Ermənistan ordusunu xeyli üstündür. Azərbaycan prezidentinin birtərəfli qaydada döyüş əməliyyatlarını dayandırmağı təklif etməsi Bakının hansı gücə malik olmasından xəbər verir. Amma, təəssüf ki, bu zaman Qarabağ və yeddi rayonun qaytarılması proseslərini Azərbaycan irəli sürmür», — millət vəkili belə qeyd edib.

O əmin olduğunu bildirib ki, döyüş əməliyyatları istər-istəməz dayandırılacaq, çünki indi adamlar həyatdan gedirlər. «Biz sizinlə buraya çox qəmginliliklə yığışmışıq, axı cavan oğlanlar həlak olub, onların doğulmamış övladları, nəvələri ölüb. Müharibə — bu, həmişə faciədir. Və həqiqətən, biz, öz ölkəsi uğrunda həlak olan bu döyüşçüləri, ağlayırıq», — Dmitri Savelyev belə bildirib.