Polis Facebookun köməkliyi ilə peşəkar canini həbs etdi
Filippin polisi bir sıra soyğunçuluq və ölüm faktlarında şübhəli bilinən cinayətkarı onun Facebookdakı akkauntunun köməkliyi ilə həbs etmişdir.
28 yaşlı kompüter texniki Mark Dizon 9 nəfərin -6 nəfər filippinlinin, amerikalının, kanadalının və britaniyalınınölümündə, xüsusi evlərdə və mehmanxanalarda qalan 3 nəfərin qarət olunmasında təqsirli bilinir.
Polisin gəldiyi qənaətə görə Dizon Facebook şəbəkəsi vasitəsi ilə özünün varlı qurbanlarından biri ilə tanış olmuşdur. Ölüm faktından sonra ölənin dostları və qohumları cavan oğlanın Facebookdan götürdükləri şəkillərini təhqiqatı asanlaşdırmaq üçün polisə təqdim etmişlər.





