17.02.2016/05:58; UEFA Putinin şəkli olan formaya görə «Lokomotiv»i cəzalandıra bilər

cezaUEFA Putinin şəkli olan formaya görə «Lokomotiv»i cəzalandıra bilər

Təşkilat öz oyunlarında istənilən siyasi aksiyaları qadağan edir, -«Qazeta ru» bu barədə məlumat verir. Söhbət  «Lokomotiv»in yarımmüdafiəçisi Dmitri Tarasovun əməlindən gedir.

O, Avropa Liqasının 1/16 final mərhələsində Türkiyənin «Fənərbaxça» komandası ilə səfər oyunundan sonra öz oyun formasını çıxarıb və Rusiya prezidenti Vladimir Putinin təsviri olan «Ən nəzakətli prezident» sözləri yazılmış köynəyi göstərib. «Lokomotiv» səfərdə «Fənərbaxça»ya 0:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Türkiyə Rusiyanın bombardmançı təyyarəsini vudruqdan sonra Ankara və Moskvanın münasibətləri kəskin şəkildə pisləşib.