10.02.2016/07:02; “Bacım evlənir” – biabırçılıq, yoxsa… – FOTOFAKT

bacim-evlenir-plakat“Bacım evlənir” – biabırçılıq, yoxsa… – FOTOFAKT

İctimai xadim Hacı Quliyev milli mənəvi dəyərələrə zidd olan şüarların və bu şüarlar əsasında tərtib olunan plakatların satışa çıxarılmasına qarşı geniş açıqlama ilə çıxış edib:

Bu barədə mətbuata ekspertin mətbuat katibi Fuad Mədətov məlumat verib. O, bildirib ki, H.Quliyev sosial şəbəkədə paylaşdığı foto geniş müzakirəyə səbəb olub və qınanılıb:

“Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaq normaları və baxışları ilə bağlı olan milli mənəvi dəyərlərin yaradıcısı xalqdır. Bəşəriyyətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli mənəvi dəyərləridir. Bu səbəbdən hər şeydən əvvəl bütün sahələrdə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz.

Son zamanlar toy şənliklərini daha da pozitiv notlar üzərində kökləmək üçün satışda qohumların əlində tutacaq maraqlı yazılara rast gəldim. Əlbəttə ki, oxuduqda mənim də üzümə xoş bir təbəssüm çökdü. Lakin, arasında milli mənəvi dəyərlərimizə uyğun olmayan bir yazını da gördüm: “Bacım evlənir”

Milli mənəvi dəyərlərimizə görə qız qardaşı toy ərəfəsində öz zəhmi və ciddiliyi ilə seçilir. Hətta keçmiş adetlərimizə görə oğlan toyunda qız qardaşı iştirak etməzdi və ya müasir adətlərə görə iştirak etsə də, qol qaldırıb oynamağı ictimai qınağa səbəb ola bilərdi. Bəs niyə bu gün bu adətlerimizdən kənarlaşmaq qərarıına gəldik? Niyə bu gün qız qardaşları toyda 3 köynək dəyişəcək qədər ortalığı boş buraxmır? Məclisdə söz deyir, bacısı ərə getdiyi üçün göyə qaldırıb fırladır və guya müasir qardaşdı deyə sevincini bu şəkildə ifadə edir. Dəfələrlə toylarımızda gəlin toyun sonunda arxaya atdığı gül çələngini qardaş tutub və göstərişli şəkildə bacısına verib, onun tezliklə ərə getməsini diləyir. Bu da son… Düşüncəsi dar olan sahibkarlar indide qardaşların əlinə “Bacım evlənir!!!” şüarı yazılan plakatları verib və toyda böyük-kiçik qarşısında bunu gəzdirməyə vadar edir.”

H.Quliyev, biznes naminə milli mənəvi dəyərlərə əks olan iş görərək, pul qazanmağı daha üstün bilən sahibkarlara müraciət edib:

“Biz müasirliyə doğru gedə bilərik, lakin dünya ictimaiyyəti hər xalqa onun milli mənəvi dəyərlərinə görə qiymət verirlər. Gəlin, milli mənəvi dəyərlərimizi qoruyub saxlayaq! Üzümü sahibkarlara tutaraq deyirəm: Gəlin, biznes naminə hər hansı bir işi görəndə də milli mənəvi dəyərlərimizi unutmayaq! Sizin biznes naminə atdığınız hər düşünülməmiş addım milli mənəvi dəyərlərimizə böyük zərbə vura bilər. Bu gün ailə quran bacılarımızın qardaşları kiçik yaşlı və ya düşüncəsi dəyərlərimizi anlaya biləcək qədər olmaya bilər, bundan istifadə edib “Bacım evlenir!!!” şüarı yazılan plakatı ilə onları cəmiyyət qarşısına çıxartmayın. Bəlkə də nə vaxtsa etdiyi bu addımı dərk etsə, toy şəkilləri, video çəkilişləri onu hər zaman narahat edəcək…”

Qeyd edək ki, H.Quliyev bütün çıxışlarında Azərbaycan milli mənəvi dəyərlərini qorumağa səsləyir və bu dəyərlərə bacardığı qədər əməl olunmasını diqqətə çatdırır.