Yapon qadınları planetdə ən çox ömür sürürlər
Yaponiyada qadınların orta ömür yaşı dünyada ən böyük göstəriciyə malikdir. Bu barədə Yaponiyanın Əmək, Əhalinin rifahı və Səhiyyə naziri öz məruzəsində məlumat vermişdir.
2009-cu ildə qadınların orta ömür yaşı 86,44 il olmuşdur. Kişilərin orta ömür yaşı 79,59 il təşkil etmişdir ki, bu da Qatarda, Qonkonqda, İslandiya və İsveçrədə yaşayan kişilərin orta ömür yaşından çoxdur.





