Tailandın Pattayya şəhərində Rusiya vətəndaşı arvadını soyğunçulardan müdafiə edərkən yaralanmışdır
Tailandın Pattayya şəhərində Rusiya vətəndaşı arvadını soyğunçulardan müdafiə edərkən yaralanmışdır. Motosikletdə olan cinayətkarlar rusiyalı qadının boynundan qızıl sepini qoparıb qaçmaq istəyərkən onun əri müqavimət göstərmişdir.
Bu barədə “Pattayya Deyli Nyus” internet qəzeti məlumat yaymışdır. Arvadını müdafiə edən kişi arxadan və kürək nahiyəsindən bir neçə bıçaq yarası aimışdır. O soyğunçuları tutarkən motosikletdə olan cani müvazinətini itirərək yıxılmışdır.





