04.12.2015/07:43; Türkiyə və Azərbaycan qaz kəmərinin tikintisini sürətləndirmək barədə razılığa gəliblər

kemerTürkiyə və Azərbaycan qaz kəmərinin tikintisini sürətləndirmək barədə razılığa gəliblər

Bunu Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib. Onların sözlərinə görə, dəyəri 10 milyard dollar olan layihənin reallaşması 2018-ci ildən tez ola bilər.

TANAP adlı bu layihə Türkiyəyə Azərbaycan qazının nəqlini təmin etməlidir. Sonradan mavi yanacağın bir hissəsi Avropaya ötürüləcək.

Bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Moskva və Ankara arasında «Türk axını» qaz layihəsi üzrə danışıqlar dayandırılıb.