24.11.2015/07:19; Qərb Rusiya və Türkiyəni münasibətlərin gərginləşməsinə yol verməməyə çağırır

eskalasiyaQərb Rusiya və Türkiyəni münasibətlərin gərginləşməsinə yol verməməyə çağırır

Qərb Rusiya və Türkiyəni münasibətlərin gərginləşməsinə yol verməməyə çağırır. ABŞ prezidenti Barak Obama bunu özünün əsas prioritet məqsədi adlandırıb.

Avropa diplomatiyasının rəhbəri Federika Moqerini də gərginliyin artmasının istisna edilməsiniə çağırıb. Fransa lideri Fransua Olland xahiş edib ki, Türkiyə və Rusiya arasında ümumi düşmən simasında terrorçuların olduğunu unutmamasınlar.

Britaniyanın baş naziri Devid Kemeron bildirib ki, Moskva və Ankarada birbaşa kontaktları dayandırmaq olmaz.