20.11.2015/05:16; Kiyev Moskvaya 3 milyard dollar borcunu ödəməkdən imtina edir

imtinaKiyev Moskvaya 3 milyard dollar borcunu ödəməkdən imtina edir

Rusiya restrukturizasiyası üzrə Ukraynanın şərtlərini qəbul etməlidir, ukrayna televiziyasının efirində ölkənin baş naziri Arseni Yatsenyuk belə bildirib.

Onun sözlərinə görə, borc 20% azaldılmalı və onun ödənilməsi üçün dörd il vaxt berilməsi əsas şərtdir. Yatsenyuk bildirib ki, şərtdən imtina ediləcəyi halda onun ölkəsi Rusiyaya olan borcun ödənilməsinə moratorium tətbiq edəcək.

Bu ərəfədə Vladimir Putin bildirib ki, Rusiya Beynəlxalq Valyuta Fondunun Ukraynanın onun borcunun ödənilməsi vaxtının uzadılması haqqında təklifi ilə müqayisədə daha əlverişli şərtlərlə restrukturizasiyaya hazırdır.