19.11.2015/05:39; Birləşmiş Ştatlar Suriyada Rusiya ilə hərbi əməkdaşlıq imkanlarını mümkün sayır

heleBirləşmiş Ştatlar Suriyada Rusiya ilə hərbi əməkdaşlıq imkanlarını mümkün sayır

Birləşmiş Ştatlar Suriyada Rusiya ilə hərbi əməkdaşlıq imkanlarını mümkün sayır. Hələlik Vaşinqton «İslam dövləti» terror qruplaşmasına qarşı hərəkətlərini Moskva ilə uzlaşdırmır, lakin prezident Barak Obama və dövlət katibi Con Kerri belə əməkdaşlığın gələcəkdə ola biləcəyini istisna etmirdilər.

ABŞ-ın Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi Fransa prezidenti Fransua Olandın sötlədiklərini şərh edərkən Qərb ölkələri ilə Rusiyanın antiterror koalisiyasının taradılmasının vacibliyini bildirmişdir. Kirbi təsdiq etmişdir ki, əgər Moskva Suriya müxalifəti ilə deyil, həqiqətən İŞİD ilə mübarizə apararsa belə əməkdaşlıq yarana bilər, Кирби iddia edib.

Dövlət departamentinin nümayəndəsi onu da əlavə edib ki «Lakin Rusiyanın strategiyasında dönüş baş verilməsini söyləmək hələlik çox tezdir».