15.11.2015/20:20; Tezliklə İordaniyada terror təşkilatlarının vahid siyahısının formalaşması üzrə beynəlxalq məsləhətləşmələr keçiriləcək

siyahiTezliklə İordaniyada terror təşkilatlarının vahid siyahısının formalaşması üzrə beynəlxalq məsləhətləşmələr keçiriləcək

Yaxın iki-üç həftə ərzində İordaniyada terror təşkilatlarının vahid siyahısının formalaşması üzrə beynəlxalq məsləhətləşmələr keçiriləcək.

Rusiya da bu məsləhətləşmələr də iştirak edəcək. Bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Boqdanov İnterfaksa bildirib. Eyni zamanda Boqdanov onu da bildirib ki, Rusiya «Hizbulla», kürd və HƏMAS terror təşkilatlarını tanımaq niyyətində deyil.