10.11.2015/06:30; Qazaxıstanın Gənclər Konqresinin prezidenti ATGTİ-nin qonağı olub

qonaqQazaxıstanın Gənclər Konqresinin prezidenti ATGTİ-nin qonağı olub

Azərbaycanda səfərdə olan Qazaxıstanın Gənclər Konqresinin prezidenti Aydın Sabitov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qərargahında qonaq olub.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri ilə görüşən qonaq ilk öncə təşkilatın ofisi ilə tanış olmuşdur. Görüşün sonunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq Əlaqələr Departamentinin direktoru Nurxan Babayev və Qazaxıstanın Gənclər Konqresinin prezidenti Aydın Sabitov əməkdaşlığa dair memoramdum imzalamışlar. Memoramdumun əsas məqsədi Azərbaycan və Qazaxıstan gəncləri arasında əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlıq çərçivəsində layihələrin həyata keçirilməsidir.

  İlqar Talıbov, ATGTİ-nin mətbuat katibi