05.11.2015/06:50; Böyük Britaniya А321 təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Şarm-əl-Şeyx şəhərinə bütün aviareysləri ləğv edir

imtinaBöyük Britaniya А321 təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Şarm-əl-Şeyx şəhərinə bütün aviareysləri ləğv edir

Daxili İşlər Naziri Filip Hammond bildirib ki, Rusiya təyyarəsinin göyərtəsində bomba olması barədə ciddi şübhələr var. O baş nazir Kemeronun rəhbərlik etdiyi fövqəladə antiböhran komitəsinin təcili iclasından sonra belə bir bəyanatla çıxış edib.

Hammond bildirib ki, riskləri qiymətləndirmək üçün Şarm-əl-Şeyx hava limanında Britaniya xüsusi xidmət orqanlarının əməkdaşları işləyir. KİV-lərin məlumatına görə, hazırda 25 minədək britaniyalı Misirin kurortlarında istirahət edir. Daxili İşlər Nazirliyinin başçısı onlara Şarm-əl-Şeyx hava limanından istifadə etməməyi tövsiyə edib.