04.11.2015/06:43; Bu gün Çin və Tayvan liderləri 1949-ci ildən bəri ilk dəfə olaraq görüşəcəklər

istiBu gün Çin və Tayvan liderləri 1949-ci ildən bəri ilk dəfə olaraq görüşəcəklər

Tayvanın prezidenti Ma İnçzyu və Çin Xalq Respublikasının sədri Si Çzinpin arasında danışıqlar Sinqapurda keçiriləcək. Görüşün məqsədi Tayvan Körfəzi rayonunda iki ölkə arasında sülhün təmin olunması bildirilib.

Heç bir birgə bəyanatın və hər hansı sazişin imzalanması planlaşdırılmır. Pekin, birləşməsini gözlədiyi Tayvanı özünün ərazisinin bir hissəsi hesab edir. Vətəndaş müharibəsindən sonra ada əyaləti ilə Çinin mərkəzi hökuməti arasındakı münasibətlər kəsilib.

Tərəflər arasında qeyri-formal və işgüzar əlaqələr 1980-cı illərin sonlarında bərpa edilib.