03.11.2015/06:49; Türkiyənin Antalya Şəhərində Beşulduzlu Mardan Palace mehmanxanası hərracda satıldı

otelTürkiyənin Antalya Şəhərində Beşulduzlu Mardan Palace mehmanxanası hərracda satıldı

Türkiyənin Antalya Şəhərində Çerkizov bazarının sabiq şəriki Telman İsmayılova məxsus olan Beşulduzlu Mardan Palace mehmanxanası hərracda satılıb.

Türkiyə mətbuatının yazdığına görə, oteli 124 milyon dollara Halkbank bankı alıb. Telman İsmayılov tərəfindən yaradılan AST qrupunun Mardan Palace mehmanxanası onun ən bahalı aktivlərindən biri sayılırdı.