19.10.2015/06:28; Avropa birliyi İrana qarşı bütün iqtisadi və maliyyə sanksiyalarının ləğv olunması haqqında qərar qəbul edib

sanksiyaAvropa birliyi İrana qarşı bütün iqtisadi və maliyyə sanksiyalarının ləğv olunması haqqında qərar qəbul edib

İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad və Avropa diplomatiyasının başçsı Federiki Moqerininin birgə bəyanatında belə deyilir.

Bundan öncə ABŞ prezidenti Barak Obama Tehrana qarşı qoyulan məhdudiyyətlərinin aradan qaldırılması üçün hazırlığa başlanması barədə sərəncam verib. Bu, İranın nüvə proqramına dair sazişin qüvvəyə minməsi ilə bağlıdır. İran özünün bir sıra nüvə obyektlərini dondurmağı və uranın zənginləşdirilməsini dayandırmağı öhdəsinə götürür. Əvəzində ölkəyə tətbiq olunan sanksiyalar ləğv olunacaq, lakin hələlik dəqiq tarix müəyyən olunmayıb.