07.10.2015/06:31; Bu gün Strasburqda Suriyadakı İslam dövləti terror qruplaşması ilə mübarizənin vəziyyətini müzakirə edəcəklər

muzakireBu gün Strasburqda Suriyadakı İslam dövləti terror qruplaşması ilə mübarizənin vəziyyətini müzakirə edəcəklər

Məsələ ilə bağlı Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Federika Moqerini məruzə ilə çıxış edəcək. Avropa deputatları isə öz mövqeyini müəyyənləşdirəcək.

Avropa Parlamentinin sədri Martin Şults həftənin əvvəlində payız sessiyasının açılışından əvvəl Suriyada böhranın həlli üçün Rusiya və İranın iştirakı ilə beynəlxalq koalisiyanın lazım olduğunu bildirib. Şultsun sözlərinə görə, İslam dövləti qruplaşmasının məzmununu təşkil edən ağıjsız terrorçuluğun darmadağın edilməsi ümumi məqsəd olmalıdır. Bu məsələ gündəlikdə mühüm yer alacaq.

Bu gün parlamentdə Fransa prezidenti Fransua Olandı və Almaniyanın kansleri Angela Merkeli gözləyirlər. Onlar Suriya və Avropaya gəlməkdə davam edən, qaçqın probleminə də diqqət yetirəcəklər. Deputatlar bu yaxınlarda ABŞ-ın Əfqanıstanın Kunduzdakı hospitala aviazərbələr endirməsi məsələsini də müzakirə edəcəklər. Sentyabrın sonlarında taliblər bu şəhəri ələ keçirmiş, lakin sonradan onu amerikalı və əfqan qoşunları geri almışlar.

Avropa Parlamentinin payız sessiyası sabah başa çatacaq. Deputatlar sonuncu günü dünyada demokratiyanın və insan hüquqlarının vəziyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər.