07.10.2015/05:49; Vaşinqtonda Suriyadakı vəziyyətin ABŞ və Rusiya arasında irimiqyaslı münaqişəyə keçməsinin mümkünlüyünü təkzib edirlər

iddiaVaşinqtonda Suriyadakı vəziyyətin ABŞ və Rusiya arasında irimiqyaslı münaqişəyə keçməsinin mümkünlüyünü təkzib edirlər

Ağ evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, prezident açıq şəkildə bəyan edib ki, Suriyadakı vəziyyət ABŞ və Rusiya arasında qondarma «kölgəli müharibəyə» çevrilməyəcək.

Bu zaman Ernest Rusiyanın Suriya münaqişəsinə daha dərindən cəlb edilməsindən amerikanın ehtiyat etdiyini etiraf edib. O ABŞ-da «kifayət qədər böyük olan müsəlman ictimaiyyətinin» Rusiyanın Suriyada müsəlmanların bombardmanlarını mənfi qəbul edə biləcəyini iddia edir.