02.10.2015/08:18; Vaşinqton Moskvanı Suriya ilə bağlı diplomatik nəticələrlə hədələyir

zerbeVaşinqton Moskvanı Suriya ilə bağlı diplomatik nəticələrlə hədələyir

Rusiya təcrid ola bilər, Ağ evin mətbuat katibi Coş Ernest jurnalistlərə belə bildirib. Onun sözlərinə görə, bundan əlavə, Rusiya regional konfliktə cəlb oluna bilər və sünni ekstremistlərinin yalnız Suriyaya deyil həm də Rusiya əraziilərinə hücumları baş tuta bilər,-RİA Novosti bu barədə xəbər verir.

Ötən çərşənbə günü Rusiya aviasiyası Suriyada terror qruplaşmalarına qarşı əməliyyata başlayıb. Eyni zamanda, ABŞ-da hesab edirlər ki, Suriya müxalifətinin mövqelərinə də zərbələr endirilib.