29.09.2015/06:57; Nyu-Yorkda Barak Obama və Vladimir Putinin görüşü keçirilib

gorushNyu-Yorkda Barak Obama və Vladimir Putinin görüşü keçirilib

Planlaşdırılan söhbət 55 dəqiqə əvəzinə saat yarımdan artıq olub. Görüş bağlı qapılar arxasında keçib, salonu tərk etməzdən əvvəl, prezidentlər heç bir söz tələffüz etmədən bir-birinin əlini sıxıb.

Görüşdən sonra Putin jurnalistlərə bildirib ki, görüş Obama ilə görüş amerika tərəfinin təşəbbüsü ilə keçirilib. Bu görüşə qədər Obama ilə əlaqələr kəsilməyib, söhbət açıq olub və təmas nöqtələri var.

Putin qeyd edib ki, Suriyada yerüstü əməliyyatlar zamanı Rusiyanın iştirakından sıhbət belə gedə bilməz, amma qərb liderləri, Bəşər Əsədin taleyini həll etməməlidir. Bu suriyalıların öz işidir.