28.09.2015/07:45; Vladimir Putin bu gün ABŞ prezidenti Barak Obama ilə görüşəcək

gorushVladimir Putin bu gün ABŞ prezidenti Barak Obama ilə görüşəcək

Bu, son iki il ərzində Rusiya və Amerika prezidentlərinin tam formatda ilk görüşü olacaq. Putin və Obama BMT-nin Baş Assambleyasının sessiyasında çıxış etdikdən sonra bir saata yaxın ünsiyyətdə olacaqlar.

Danışıqlar iki ölkə arasında münasibətlərin kəskinləşməsi fonunda keçirilir. Moskvada və Vaşinqtonda görüşün əsas mövzusunun müəyyənləşməsində müxtəlif fikirlər söylənilir. Kremldə hesab edirlər ki, əsas məsələ Suriyadakı vəziyyəti, Ağ evdə isə Ukraynada vəziyyətin olacağı bildirilir.