27.09.2015/08:51; Almaniya kansleri Angela Merkel BMT-nin Təhlükəsizlik Şurasının XXI əsrin reallıqlarına uyğun olaraq yenidən qurulmasına çağırıb

teklifAlmaniya kansleri Angela Merkel BMT-nin Təhlükəsizlik Şurasının XXI əsrin reallıqlarına uyğun olaraq yenidən qurulmasına çağırıb

Almaniya kansleri Angela Merkel BMT-nin Təhlükəsizlik Şurasının XXI əsrin reallıqlarına uyğun olaraq yenidən qurulmasına çağırıb. Kanslerin fikrincə, «problemlərin həlli üçün yeni iş üsulları lazımdır.

BuTəhlükəsizlik Şurasında islahat aparmağı zəruri edir, dəyişikliklər dünyada real qüvvələri daha yaxşı əks etdirməlidir», — Röyter agentliyi onun sözlərini sitat gətirir. Hazırda BMT-nin Təhlükəsizlik Şurası 15 üzvü olan dövlətdən ibarətdir, onlardan yalnız beşi (Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ) daimi üzvdür və yalnız onlar Təhlükəsizlik Şurasının hər hansı bir qərarına veto qoymaq hüququna malikdirlər. Öz növbəsində qalan 10 ölkə BMT-nin Baş Assambleyasına iki illik müddət üçün seçilir.