21.09.2015/06:39; Macarıstan Xorvatiya ilə sərhəddə qoşun yeritdi

qoshunMacarıstan Xorvatiya ilə sərhəddə qoşun yeritdi

Xorvat KİV-lərinin bildirdiyi kimi, sərhəd ərazisində hərbi avtomobillərin konvoyları görünür. Son iki gün ərzində Macarıstanı qeyri-leqal yolla təxminən beş min miqrant keçib.

Budapeşt Serbiya ilə sərhəddi bağladıqdan sonra, yaxın Şərqdən və Afrikadan olan qaçqınlar Xorvatiyaya axmağa başladı. İnsanlar oradan Şenqenin üzvü olan Sloveniyaya, sonra isə Avstriya vasitəsilə Almaniyaya qədər getməyə çalışırlar.

Miqrasiya böhranını Avropa Birliyi ölkələrinin liderləri gələn həftə sammitdə müzakirə edəcəklər.