11.09.2015/08:09; BMT iqamətgahı ərazisində Fələstinin bayrağını qaldırmağa icazə verilib

icazeBMT iqamətgahı ərazisində Fələstinin bayrağını qaldırmağa icazə verilib

Bu qərarı təşkilatın Baş Assambleyası qəbul edib. Qətnamə layihəsinə Rusiya da daxil olmaqla, 119 ölkə səs verib. Avstraliya, İsrail, Kanada, ABŞ da daxil olmaqla 8 dövlətin nümayəndəsi onun əleyhinə çıxış edib.

Əsasən Avropa İttifaqı ölkələrinin nümayəndələrinin çoxluq təşkil etdiyi 45 ölkə bitərəf qalıb. Fələstinin bayrağı 20 gün ərzində — Baş Assambleyanın növbəti, 70-ci sessiyası zamanı qaldırılacaq. Fələstin 3 il bundan əvvəl BMT-də müşahidəçi — dövlət statusu alıb.

Ümumdünya təşkilatının tamhüquqlu üzvlüyünü əldə etmək üçün Təhlükəsizlik Şurasının razılığı lazımdır. Lakin veto hüququ olan ABŞ ona qarşı çıxış edir.