10.09.2015/08:22; İlin əvvəlindən Avropaya 500 min qaçqın gəlib

qacqinİlin əvvəlindən Avropaya 500 min qaçqın gəlib

Bu rəqəmi Avropa Parlamentinin sessiyasında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker açıqlayıb. Onun sözlərinə görə, miqrantların əsas kütləsini Yunanıstan, İtaliya və Macarıstan qəbul edib.

Yunker bildirib ki, miqrasiya probleminin həlli Avropa İttifaqı üçün prioritet olaraq qalmalıdır, — burada əsas məsələ humanizm və insan ləyaqətidir. Komissiyasının rəhbəri Avropa ölkələrinə əlavə olaraq təcili 120 min qaçqını qəbul etməyi təklif edib.